"Məktəblilərarası Milli Hakaton – 2025" müsabiqəsinin final mərhələsi başlayıb.

ℹ️ Proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, IT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.

✅ Noyabrın 28-də final mərhələsi ilə yaxından tanış olmaq üçün Elm və Təhsil Nazirliyi və tabe qurumların əməkdaşları, nazirlik yanında İctimai Şuranın üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil mütəxəssisləri, özəl sektorların əməkdaşları, media nümayəndələri və influenserlərin iştirak ilə infotur təşkil olunub.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22617-1

Rəqəmsal Bacarıqlar

#ElmvəTəhsilNazirliyi #EduGovAZ #EduAz #RəqəmsalBacarıqlar #MilliHakaton2025